
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
29 Oct 2020
Diqər xəbərlər
İNSTİTUTUN MAGİSTRANTLARI ÇÖL EKSPEDISİYA İŞLƏRİNDƏ OLUBLAR
29 oktyabr 2020-ci il
Geologiya və Geofizika İnstitutunun magistraturasında “Geologiya” və “Geologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan bir neçə II kurs magistrantı dissertasiya işlərinin yerinə yetirilməsində böyük əhəmiyyət kəsb edən çöl-tədqiqat işlərində iştirak ediblər. Palçıq vulkanizmi və Geotektonika və regional geologiya şöbələrinin magistrantları oktyabrın 14-18-də Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, İsmayilli, Oğuz və Qəbələ rayonlarında çöl ekspedisiya işləri görüblər. Bu işlərə geologiya-mineralogiya elmlər namizədi Əşrəf Qurbanov və yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov rəhbərlik ediblər.
Tədqiqatlar zamanı sözügedən ərazilərdən nümunələr götürülüb. Magistrlər həmin ərazilərin geologiyası və aparılan tədqiqatlarla yaxından tanış olublar.
Bildirək ki, çöl ekspedisiya işlərinin aparılmasında əsas məqsəd həmin ərazilərdən götürülmüş nümunələrin müvafiq laboratoriyalarda müqayisəli şəkildə öyrənilməsidir. Sonda bu nümunələrin nəticələri analiz olunaraq dissertasiya işində öz əksini tapacaq.
