Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Oct 2020 Diqər xəbərlər Diqər xəbərlər

AKADEMİK AKİF ƏLİZADƏ RƏHBƏRLİK ETDİYİ İNSTİTUTUN DOKTORANTLARI VƏ DİSSERTANTLARI İLƏ GÖRÜŞÜB

 
30 oktyabr 2020-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə rəhbərlik etdiyi elmi müəssisənin doktorantları və dissertantları ilə görüşüb.

Görüşdə hər bir tədqiqatçının elmi mövzusu və aparılan çöl tədqiqat işləri haqqında ətraflı müzakirələr keçirilib. Akademik Akif Əlizadə tədqiqatçıların dissertasiya işlərinin gedişatında əldə etdikləri elmi nəticələr və həmçinin bu tədqiqatların əsasında çap olunmuş elmi əsərlərlərlə tanış olub. Tədbirdə eləcə də dissertasiya işlərinin yerinə yetirilməsində, tədqiqat sahələrində iştirakın davamiyyətində, götürülən analizlərin aparılmasında və pandemiyaya görə yaranmış məhdudiyyətlərlə bağlı problemlər çözülüb.

Akademik həmçinin elmi mövzu rəhbərlərini daha tələbkar olmağa çağırıb, işlərin uğurla sona çatdırılması üçün isə hər cür köməkliyin olacağını vurğulayıb.