
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
11 Nov 2020
Diqər xəbərlər
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ GEOLOJİ-KƏŞFİYYAT İŞLƏRİ YENİDƏN APARILACAQ
11 noyabr 2020-ci il
“Kiçik Qafqazla əhatə olunan Qarabağ ərazisi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. XX əsrin ikinci yarısında Azərbaycan geoloqları Qarabağ ərazisində bir sıra qara, əlvan və nəcib metal, karbohidrogen, habelə müxtəlif növ tikinti materialı yataqlarını kəşf edib”.
Bunu GGİ seksiya rəhbərinin müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Musa Məmmədov bildirib.
Alim deyib ki, Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi, burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların aparılmasına zəmin yaranıb. Onun sözlərinə görə, sözügedən bölgədə 160-dan çox müxtəlif qiymətli metal yataqlarını Ermənistan siyasi rəhbərliyi qanunsuz olaraq kortəbii istismar edib.
Geoloq onu da vurğulayıb ki, 30 ilə yaxın müddətdə işğaldan tam azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını qiymətləndirmək, geoloji-kəşfiyyat işlərini müasir üsullarla aparmaq üçün akademiya alimlərinin üzərinə böyük vəzifə düşür.
www.science.gov.az