
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
23 Nov 2020
Diqər xəbərlər
GGİ-nin GƏNC ƏMƏKDAŞI CƏBHƏDƏN GÖZAYDINLIĞI VERİR
23 noyabr 2020-ci il
Xəbər verdiyimiz kimi, Geologiya və Geofizika İnstitutu (GGİ) Eksperimental petrofizika şöbəsinin kiçik elmi işçisi Turan İmaməli könüllülər sırasında cəbhəyə yola düşmüşdü.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına ilkin səs verənlərdən olan Turan İmaməli müzəffər ordumuzun şanlı qələbəsindən sonra cəbhədən iş yoldaşlarına zəng vuraraq onları təbrik etmiş, gözaydınlığı vermişdir.
Gənc döyüşçü orduda yüksək ruh yüksəkliyinin, qələbə sevincinin hakim olduğundan, komandirlərinin peşəkarlığından və qayğıkeşliyindən fərəhlə söz açmışdır.
Turan İmaməli həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin dəqiq əmrlərinin, siyasi səriştəsinin və rəhbərlik təcrübəsinin qələbəmizin təminatıçısı olduğunu cəbhə yoldaşları adından vurğulamışdır. O, hərbi əməliyyatlar tam bitdikdən sonra lazım gələrsə, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştiraka da hazır olduğnu bildirmişdir.
Turan İmaməli 1991-ci ildə Bakıda anadan olmuş, 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.
