Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Feb 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin DİREKTORU SEYSMOSTRATİQRAFİYA ŞÖBƏSİNİN RƏHBƏRİ PƏRVİZ MƏMMƏDOVU TƏBRİK EDİB

 
05 fevral 2021-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadə müəssisənin Elmi şurasında Seysmostratiqrafiya şöbəsinin rəhbəri Pərviz Məmmədovu Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Əməkdar mühəndis” fəxrı adIna layiq görülməsi və 84 yaşı münasibətilə təbrik edib.

Direktor Akif Əlizadə akdemik Pərviz Məmədovun fəaliyyətindən danışarkən bildirib ki, alim geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq edib, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsaslandıran ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkarlamaq imkanı verən “Seysmostratiqrafiya” üsulunun inkişafında, Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nəaliyyətləri istər keçmiş SSRİ məkanında, istərsə də ABŞ və Avropa geofizikləri tərəfindən yüksək qiymətləndirilib. Alim Cənubi Xəzər meqaçökəkliyinin iyerarxiyasını öyrənib, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlamış və istehsalata tövsiyə edib, bir sıra xarici şirkətlərin sifarişilə elmi tədqiqatlar aparıb. Beynəlxalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzələrinin evolyusiyası və DARIUS) elmi-tədqiqatların rəhbəri və icraçısı olub.

A.Əlizadə daha sonra bildirib ki, P.Məmmədov həmçinin istedadlı pedaqoqdur - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professorudur. O, 240-dan çox elmi əsərin müəllifidir. Onun əsərlərinə yerli və xarici jurnallarda çoxlu sayda istinad olunur. Akademikin rəhbərliyi ilə 3 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlanıb.

Akademik Akif Əlizadə rəhbərlik etdiyi institut kollektivi adından alimə cansağlığı, elm yolunda yeni nailiyyətlər arzulayıb.