
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Apr 2021
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTITUTUNDA DOKTORANTURAYA QƏBUL İMTAHANLARI KEÇİRİLİB
02 aprel 2021
AMEA Geologiya və Geofzika İnstitutunda iddiaçılar fəlsəfə doktoru proqramı üzrə “geotektonika və geodinamika”, “litologiya”, “geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları” ixtisasları üzrə üç gün ərzində mövcud karantin qaydalarına riayət olunmaqla doktoranturaya qəbul imtahanı veriblər.
İmtahan İnstitutun direktoru akademik Akif Əlizadənin sədrliyi ilə keçirilib. Komissiyanın tərkibində AMEA-nın müxbir üzvləri, professorlar və dosentlər iştirak ediblər. Gündəlik komissiyalara AMEA-nın müxbir üzvləri Elmira Əliyeva, Tələt Kəngərli və g.-m.e.d., professor Musa Məmmədov sədrlik ediblər.
İddiaçilar qəbul imtahanlarından uğurla keçiblər.