
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
16 May 2021
Diqər xəbərlər
AZƏRBAYCANIN SEYSMOLOGİYA ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB
16 may 2021-ci il

Solmaz Ağayeva 1978-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini “Dağ mühəndisi-geofizik” ixtisası üzrə bitirib. Solmaz Ağayeva 1999-cu ildə Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2010-cu ildə isə dosent elmi adını almışdır.
1981-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, AMEA-nın Geologiya və Geofizika İnstitutunda müxtəlif illərdə ömrünün sonuna kimi bir sıra vəzifələrdə çalışıb.
Alimin rəhbərliyi və iştirakı ilə bir sıra respublika və beynəlxalq təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Azərbaycan ərazisində baş vermiş güclü və zəif zəlzələlərinin ocağ mexanizminin tətqiqi nəticəsində əsas gərginlik oxlarının regional xüsusiyyətləri təyin olunması, Yer qabığının müasir gərginlik şəraitinin qiymətləndirilməsi, zəlzələ ocaqlarında qırılma müstəvisi üzrə müşahidə edilən yerdəyişmə tiplərin əmələgəlməsi mexanizmlərin işlənib hazırlanması, seysmik mikro və makrorayonlaşdırmanın nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir. Azərbaycanda seysmologiya elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində Solmaz Ağayevanın müstəsna əməyi vardır.
2013-cü ildən Bakı Dövlət Universitetinin “Geologiya” fakültəsinin AMEA Geologiya və Geofizika İnstitutunda “Seysmologiya və Yer təkinin fizikası” baza kafedrasında maqistratura pilləsində təhsil alan maqistrlara “Dəniz geofiziki tədqiqat üsulları”, “Yer fiqurunun nəzəriyyəsi”, “Seysmik mikrorayonlaşdırma” fənnləri üzrə dərs deyirdi. O, pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirmişdir. Yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir.
Görkəmli alim, Yer elmlər üzrə fəlsəfə doktoru, dosent Solmaz Tofiq qızı Ağayevanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!