Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Mar 2025 Beynəlxalq əməkdaşlıq Beynəlxalq əməkdaşlıq

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU PE LIMITED İLƏ ƏMƏKDAŞLIĞI GENİŞlƏNDİRİR

Geologiya və Geofizika İnstitutu əməkdaşlığın genişləndirilməsi məqsədilə “PE Limited” şirkəti ilə lisenziya müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, 2,506,898,78 funt sterlinq dəyərində olan MOVE proqram paketi təhsil və elmi tədqiqat məqsədləri üçün İnstituta hədiyyə edilmişdir. MOVE proqram paketi geoloji məlumatların inteqrasiyası və vizuallaşdırılması, geoloji kəsilişlərin yaradılması, 3D modelləşdirmə, geoloji modelləşdirmə, qırılmalarının modelləşdirilməsi və digər əməliyyatlar üçün platforma təqdim edir.