Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Jun 2023 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA BDU-nun DOKTORANTI TƏQDİMAT REALLAŞDIRIB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Gənc  Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminarı keçirilib.


Tədbirdə Geologiya və Geofizika İnstitutunun gənc alimləri və mütəxəssislərilə yanaşı, baş direktor akademik Akif Əlizadə də iştirak edib.


Seminarın əvvəlində GGİ Gənc alim və mütəxəssislər şurasının sədri Zöhrab Əliyev açaraq İnstitutda artıq ənənə halını almış elmi seminarların əhəmiyyətini vurğulayıb. 


Elmi seminarda Bakı Dövlət Universitetinin III kurs doktorantı Babək Sultanov “Maye ilə doymuş qruntların deformasiya və filtrasiya xassələrinə tsiklik zərbə dalğalarının təzyiqinin təsiri” (Влияние циклических ударных волн давления на деформационные и фильтрационные свойства   флюидонасыщенных грунтов) adlı məruzə ilə çıxış edib.


B.Sultanov təqdimatda dövri zərbə dalğalarının məsaməli, maye ilə dolu olan, süxurların təsiri altında baş verən deformasiyalara və gərginlik vəziyyətinin dəyişməsi haqqında danışıb. Bu prosesin ardıcıl olaraq beş zərbə dalğalarının, dolomit və qumdaşı materiallarının parametrlərindən istifadə etməklə, məsaməli mühitin yerdəyişmələrin və təzyiqin paylanması modelləşdirildiyini diqqətə çatdırıb. Eləcə də, bu halda məsamələrin və sıxlığın zamanla dəyişməsinin necə baş verdiyinin qrafiklərlə göstərib.


Məruzəçi vurğulayıb ki,  zərbə dalğası məsaməli mühitdə süzülmə axınına təsir edir. Bu səbəbdən dalğanın təsiri zamanı xətti və qeyri-xətti süzülmə qanunlarını nəzərə alaraq, təzyiqin zamanla və məsafə ilə dəyişməsi qrafikləri alınıb və bu iki qanun arasındakı fərq göstərilir. Bunları nəzərə alaraq, məsaməli süxura dövri təzyiq ilə hidrodinamik təsir etməsi mümkünlüyü göstərilir. Bu təsirin axının məsamələrdə mayenin sıxışdırılması zamanı sabitsizliyin necə əmələ gəlməsi, onun eksperimental nəticələri və nəzəri qiymətləndirilməsinin əsasları təqdim olunur.


Sonra tədimatın mövzusu ilə bağlı suallara aydınlıq gətirilib. 


Akademik Akif Əlizadə iştirakçılar adından maraqlı təqdimat üçün gənc doktorant Babək Sultanova təşəkkür edib, elm yolunda ona uğurlar arzulayıb.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA BDU-nun DOKTORANTI TƏQDİMAT REALLAŞDIRIB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA BDU-nun DOKTORANTI TƏQDİMAT REALLAŞDIRIB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA BDU-nun DOKTORANTI TƏQDİMAT REALLAŞDIRIB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA BDU-nun DOKTORANTI TƏQDİMAT REALLAŞDIRIB
next
next