
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BAKI KASPİ BEYNƏLXALQ MƏKTƏBİ ŞAGİRDLƏRİ GGİ-də OLUBLAR
Bakı Kaspi Beynəlxalq Məktəbi 4-cü sinif şagirdlərindən bir qrup iki müəllimin müşayiətilə Geologiya və Geofizika İnstitutunda ekskursiyada olub.
İnstitutun “Seysmologiya və seysmik təhlükə” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev “Təbii fəlakətlər və onların ətraf aləmə təsiri” mövzusunda tədqiqat çərçivəsində şagirdləri maraqlandıran sualları cavablandırıb.
“Geoloji-mineraloji” muzeyin rəhbəri Əbülfət İmanov isə minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib, şagirdlərin çoxsaylı suallarını cavablandırıb.
Məktəblilər və müəllimlər maraqlı ekskursiyaya və tədqiqata dəstəyə görə Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.