
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ YENİ SƏDRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Elm və Təhsil Nzirliyinin Geologiya və Geofizika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının idarəetmə heyətinin qərarı ilə seçilmiş yeni sədr gənclərə və İnstitut kollektivinin nümayəndələrinə təqdim olunub.
Elm və Təhsil Nzirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev iştirak ediblər.
Tədbirdə Gənc alim və mütəxəssislər şurasının keçmiş idarə heyəti özünün 2 illik hesabatını təqdim edib və yaranmış sualları cavablandırıb. Daha sonra yeni sədr birinci kurs magistr tələbəsi Zöhrab Əliyev iştirakçılara təqdim edilib. Özünün gələcək fəaliyyət proqramı barədə məlumat verən Z.Əliyev eyni zamanda yeni idarəetmə heyətinin 10 üzvünü iştirakçılara təqdim edib.
Təqdimetmə mərasimində çıxış edən GGİ-nin baş direktoru akademik Akif Əlizadə gənclərə tövsiyələr verərək bildirib ki, elm ocağının yaşlı və orta nəsil nümayəndələri kimi gənc alimlər də fəaliyyətlərinin məğzini elmin inkişafına kökləməlidirlər. Bunun üçün fərdi çalışmalar, mütərəqqi təcrübəni mənimsəməyə səy, təcrübəartırma vərdişi, xarici dilləri mənimsəmək və əlbəttə, digər oxşar elmi müəssisə kollektivləri və həmkarlarla birgə fəaliyyət vacibdir.
Akademik Akif Əlizadə şəxsi elmi fəaliyyətindən, kollektivdə ünsiyyət təcrübələrindən misallar səsləndirib, gənclərə məhsuldar fəaliyyət naminə rəhbərlik tərəfindən hər cür dəstək göstəriləcəyini bildirib.