
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
16 Mar 2011
Diqər xəbərlər
Mezozoyda neft varmi?
© İ.S.Quliyev, A.A.Feyzullayev, M.A.Əfəndiyeva
“Vse o nefti” kitabından
Belə məlumdur ki, Azərbaycanda neftçıxarmanın 80% -dən çoxu alt pliosen çöküntülərdən gəlir. (P.T). Keçən əsrin ikinci yarısından başlayaraq, Mezozoy çöküntüləri tədqiqatçıların diqqətini cəlb etmişdir. Halbuki, Azərbaycanda Mezazoy neftinin kəşfiyyat axtarış planlı işlərin axırıncısı 50-55 il bundan qabaq keçirilmişdir. Bu dövr ərzində mezazoyda ümumimetraj 950m olmaqla 300-ə yaxın quyu qazılmışdır. Qazımanın belə həcmdə olmasına baxmayaraq, sənaye neftqaz yataqlarının kəşfiyyat-axtarış quyusu məhz Siyəzənin monoklinal həddində Şuraabad (Quba rayonu Xəzəryanı) və (Orta Kür çökəkliyi) Zərdab, Muradxanlı sahəsində quraşdırılmışdır. 1971-ci ildə Muradxanlı sahəsində aşkara çıxan üst təbaşirin vulkonogenli süxurlarında toplanan neftqaz xüsusi maraq cəlb edir.
Bütün aşkara çıxan yataqların işlənilməsi dövründə mezazoy çöküntülərindən 4,0 mln. ton neft çıxarılmışdır. Kəşfiyyat –axtarış işlərinin effektliliyinin az olması səbəblərindən biri də mezozoy çöküntüləri quruluşunun kifayət qədər öyrənilməməsidir.
Aparılan işin effektliliyinin az olmasına baxmayaraq Azərbaycanın mezazoy çöküntülərinin potensial imkanları və neftqazlılığın perspektivləri tam yüksək qiymətləndirilir. Bu quyunun sınaq qazıması zamanı neftqazın müəyyən edilməsi və çoxlu neftqazın üzə çıxması ilə qeyd edilərək təsdiqlənir. Aşkara çıxan neft və qaz Yurada olduğu kimi (Quba rayonu, Xəzəryanı) həm də təbaşir çöküntülərilə əlaqəlidir (Xəzəryanı Quba rayonu, Şimali-Qobustan və Kür çökəkliyi).
Yura çöküntülü neftqazın çıxışı Xəzəryanı Quba rayonunun Xınalıq kəndinə yaxın Tfan antiklinor qurşağında, Afurca kəndinin Atəşgah antiklinal özəyində və b. sahələrdə qeyd edilmişdir. Ondan başqa Bəyimdağ, Təkçay, Kəşçay, Ataçay, Afurca, Xudat, Yalama sahələrində quyu qazıma zamanı bu çöküntülərdən neft qaz çıxışları qeydə alınmışdır.
Təbaşir çöküntülü neftqazın yer səthinə çıxışı Şimali Qobustan (Yeni Həştərxanka, Həştərxanka, Hilmili və b) Quba rayonunun Xəzəryanı (Giləzi ,Kosa, Kəşçay, Siyəzən moniklinalı, Pirəbədil kəndinə yaxın Zağlı və b) sahələrində qeydə alınmışdır.
Bu sahələrdə - Yalama, Şuraabad, Bəyimdağ-Təkçay, Sitalçay, Çədisu, Şəədan, Əmirxanlı və b. (Quba r. Xəzəryanı), Həştərxanka, Tuva, Angexaran və b. (Şimali Qobustan), Beyləqan, Şuraabad, Sor-sor və b (Orta Kür çökəkliyi) qazıma və quyunun sınağı zamanı təbaşir çöküntülərindən neftqaz çıxışları aşkar edilmişdir.
Neftqazın təbii çıxışları olduğu kimi, eləcə də quyuda karbonatlı çatlılı əhəngli süxurlarla əlaqəli mergellər, qumlar, qumdaşları yura və təbaşir yaşlıdır. Yura kəsilişində titanlı qatların karbonatlı süxurları və eləcə də toar, aalen, bay, bat qatlarının alevrolitləri və qumdaşları neftqazlılığın imkanlı kollektorlarıdır.
Təbaşir kəsilişində terrigen süxurları (qum, qumdaşı, alevrolitlər) valajinli, barremli, aptslı, alblı, senomanlı, maastrixtli və datlı laylar neftqazlılığın imkanlı kollektorlarıdır.
Qubanın Xəzəryanı, Şamaxı, Qobustan rayonunda və Orta Kür çökəkliyi mezozoy çöküntüləri üçün əsas perspektivdir. Xəzəryanı Quba rayonunda (bay və bat qatları, qumlar, qumdaşları) karbonat terrigenli çöküntülər və həmçinin Qusar-Dəvəçi sahəsində alt və üst təbaşirin karbonat çatlılı süxurlar, yığılmış mulda, Siyəzən monoklinalı və Beşbarmaq-Tengin antiklinoru və orta yura çöküntüləri neftqazlılığın perspektividir.
Şimali Qobustanın (Həştərxan, Hilmili və b.) cənub hissəsində alt və üst təbaşirin karbonat süxurları, qum və qumdaşları ; Mərkəzi Qobustanın (3,5 km) əlverişli dərinliyə çatan mezazoy səthi, Nardaran –Axtarma, Şıxzairli Yuvandağ və b. sahələri Şamaxı-Qobustan rayonunda neftqazlılığa meyilli perspektivdir.
Yevlax, Ağcabədi həddi boyunca əyilmə, harda ki, karbonat çatlılı süxurların artan gücü mərkəz istiqamətində əyilməsi üst təbaşir çöküntüləri üçün əsas perspektivdir. Şuraabad sahəsində çöküntülərdən alınan neft axını bu süxurların potensial imkanlarını təsdiq edir. Ondan başqa Orta Kür çökəkliyində vulkanogenli çıxıntıların örtülü sulaşmış hissələrində üst təbaşirin vulkanogenli süxurlara təsiri maraq yaradır.