
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
05 Jul 2021
Diqər xəbərlər
XƏZƏR DƏNİZIİNDƏ PALÇIQ VULKANININ GÜCLÜ PÜSRÜKMƏSİ BAŞ VERİB
05 iyul 2021-ci il
Ötən axşam Xəzər dənizində güclü alovlanma ilə müşayiət olunan hadisənin baş verməsilə bağlı KİV-də məlumatlar yayılmışdır. SOCAR və FHN-nin rəsmi məlumatlarına görə, hadisə palçıq vulkanının püskürməsi ilə bağlı olmuşdur. Bu barədə müvafiq video və foto materiallar da paylaşılıb.
Aparılan dəqiqləşdirmələr nəticəsində məlum olmuşdur ki, dünən təxminən 21:50 radələrində püskürməsi qeydə alınan vulkan Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşən Daşlıdır. Vulkan Bakıdan təxminən 75 km cənub-qərbdə yerləşir və Azərbaycanın aktiv vulkanlarından hesab olunur. Burada 1920 və 1945-ci illərdə indiki kimi odlu püskürmələr qeydə alınmışdır.
Daşlı vulkanın güclü püskürməsi nəticəsində yaranmış alov sütununun hündürlüyü 500 m çov olmuşdur. Bu da, çox güman ki, sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədardır.
Şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən, Səngi-Muğan, Xarə-Zirəyə misbətən Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılmışdır. Vulkanın dənizdə yerləşəmsi və palçığın gec quruması ilə əlaqədar hazırda hadisə yerində hər hansı tədqiqat işinin aparılması mümkünsüz sayılır.
