
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
03 May 2011
Diqər xəbərlər
Mingəçevir dördüncü dövr faunasi
Dördüncü dövrün Pleystosen epoxasında müasir Kür-araz ovalığı Xəzər dənizinin suları altında olmuşdur. Epoxanın sonuna doğru Kür körfəzi getdikcə ensizləşir, dayaz dənizin sahili dəyişir. Ətrafda göllər, bataqlıqlar əmələ gəlir. Körfəz şimaldan və cənubdan sıx çay şəbəkəsinə mə’ruz qalmış düzənliklərlə əhatə olunurdu. İqlim isə isti və rütubətli olmuşdur.
Orta Kür ovalığında onurğalı fauna qalıqlarının tədqiqatına keçən əsrin 30-cu illərindən başlanmışdır. 1936-cı ildə S.A.Kovalevski Bozdağ və Duzdağda Üst Abşeron çöküntülərində filin köpək dişinə, Qaraca dağında isə həmin yaşlı gilli qumdaşılarında isə Mastodon–un dişlərinə rast gəlmişdir.
V.V.Boqaçov (1938), N.İ.Burçak-Abramoviç, R.C.Cəfərov (1950), N.A.Lebedeva (1971), D.V.Hacıyev, Ə.V.Məmmədov (1981) və bir çox geoloq və paleontoloqlar tərəfindən müxtəlif onurğalı heyvan qalıqları toplanıb tə’yin olmuşdur.
1966-1968-ci illərdə N.A.Lebedeva Qafqazarxası regionda geniş yayılmış Dördüncü dövr dəniz və kontinental tipli çöküntülərin müqayisəsi ilə məşğul olur. O, Ağstafa şəhərindən 20 km şimalda yerləşən Poylu dəmiryolu stansiyasından 7-8 km şimalda iri məməli heyvanın skeletinə təsadüf edir. Skeletin yaşını həmin laydan topladığı Cardium dombra, Potamides caspius və s. mollüska qalıqlarının olması ilə Alt Ağcagil yarımmərtəbəsinə mənsub olduğunu sübut edir.
Dördüncü dövr fəqərəlilər faunasının öyrənilməsində V.İ.Qromovun böyük xidmətləri olmuşdur. O, Xocaşen dağ silsiləsinin cənub yamacının qərb hissəsində topladığı xillə və dişlərə əsasən Archidiskodon meridionalis tə’yin etmişdir. Tapıntının Abşeron yaşlı olmasını sümüklə rin yerləşdiyi süxurlarda Apscheronia propinqua, Dreissensia polymorpha və b. mollüska faunasının olması ilə əsaslandırır.
Azərbaycan EA Geologiya İnstitutunun əməkdaşları B.G.Vəkilov, S.Q.Qaryağdı, Coğrafiya İnstitutundan Ə.V.Məmmədov və b. Mingəçevir rayonunda geniş geoloji və geomorfoloji tədqiqatlar aparmışlar. Bu zaman çoxlu miqdarda onurğalı fauna qalıqları u1090 toplanmışdır. Bozdağ, Duzdağ və ətraf rayonlardan toplanan onurğalı faunanın öyrənilməsi ilə R.C.Cəfərov, N.İ.Burçak-Abramoviç, D.V.Hacıyev və başqaları məşğul olmuşlar. Paleontoloqların qənaətinə görə, Ceyrançöl ərazisində Gec Pliosen-Erkən pleystosendə fil, kərgədan, vəhşi öküz, at, ceyran və bir çox meşə və çöl heyvanı yaşamışlar. Mə’lum olan skeletlərin bir qismi, fraqmentləri Təbiət-Tarixi Muzeyinin qiymətli eksponatları sırasındadır.
XXI əsrin başlanğıcından Mingəçevir su anbarının səviyyəsi aşağı düşməkdədir (15 m). Nəticədə geniş bir quru sahə su basımından azad olmuşdur.
2001-ci ilin mart ayında Mingəçevir şəhər sakini L.B.Babayev su anbarının cənub-şərq sahilində, Dəyirmandağın şimal yamacında uzunluğu 3 m-dən çox olan qədim heyvan skeletinin, onun ayrı-ayrı fraqmentlərinin aşkar edilməsi barədə alimlərə mə’lumat verdi.
Tapıntı yerində Azərbaycan MEA müxbir üzvü Ə.V.Məmmədov, biologiya elmləri namizədi T.M.Heybətov və b. olmuşlar. İlkin nəticəyə görə, tapıntı Dördüncü dövrdə yaşamış, hazırda nəsli qırılmamış filin Archidiscodom (Elephas) vusti çənə və qıç sümüklərindən, dişlərindən və b. skeletin digər hissələrindən ibarətdir. Tapıntı Azərbaycanda fəqərəli heyvanların öyrənilməsində böyük elmi əhəmiyyət kəsb edir.
![]() Vüsti filin alt cənəsi |
![]() Vüsti filin bel sümüyünün fəqərəsi |
![]() Vüsti filin xilləri |
![]() Vüsti filin kəlləsi |
![]() Vüsti filin ətraf sümükləri |
![]() Dəyirmandağın qərb yamacı |