Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 May 2011 Diqər xəbərlər Diqər xəbərlər

Görkəmli alim Ədhəm Şixəlibəylinin anadan olmasinin 100 illiyi qeyd edilmişdir


Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda görkəmli alim-geoloq, AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru professor Ədhəm Şıxəlibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Tədbiri akademiyanın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə açmış və mərhum alimin həyat və yaradıcılığına qısa nəzər salmışdır.


Sonra, Ə.Şıxəlibəylinin bu institutda sağlığında keçirilmiş 85 illik yubiley tədbirindən görüntülər nümayiş etdirilmişdir. Daha sonra, AMEA-nın müxbir üzvü Fərhad Əhmədbəyli görkəmli alimin şərəfli həyat yoluna dair geniş çıxış etmişdir. Yubiley tədbiri Ə.Şıxəlibəyliyə aid xatirələrlə dolu çıxışlarla davam etmişdir.







Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.