Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Jun 2011 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-nın müxbir üzvü Əbdül Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi


Bu gün AMEA Geologiya İnstitutunda görkəmli alim-litoloq, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Əbdül Hacıəli oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.


Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Akif Əlizadə alimin həyatı və elmi yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Ə.Əliyevin elmi fəaliyyəti mineralogiya, petroqrafiya və litologiya elm sahələrini əhatə etmişdir. A.Əlizadə alimin elmi nəşrləri və hazırladığı kadrlar haqqında da ətraflı məlumat verdi.



Azərbaycan Dövlət Neft Akademiyasının “Mineralogiya, petroqrafiya və litologiya” kafedrasının müdiri, professor Çingiz Xəlifəzadə “Görkəmli alimin şərəfli həyat yolu” adlı məruzə ilə çıxış etdi.


Sonra akademiklər İsmayıl İbrahimov, Midhət Abasov və g.-m.e.d. Adil Əliyev alimlə bağlı xatirələrini danışdılar.




www.science.gov.az