
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Oct 2011
Diqər xəbərlər
AMEA Geologiya İnstitutu gənc alim və tələbələr üçün beynəlxalq konfrans keçirəcək
Oktyabrın 5 və 6-da “Ramada” hotelində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu gənc alim və tələbələr üçün “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı IV beynəlxalq konfransı keçirəcək. İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil olunan tədbirdə Avstriya, Rusiya, Türkiyə, İran, Qazaxıstan və digər ölkələrdən gənclərin iştirakı gözlənilir. Onlar Yer elmlərinin müxtəlif istiqamətlərində apardıqları tədqiqatlara dair məruzələrlə çıxış edəcək.
Konfransın ikinci günü saat 1000-da Rusiyanın məşhur alimi, Moskva Dövlət Universitetinin professoru Nikolay Koronovskinin “Yer planeti: dünən, bu gün, sabah” adlı məruzəsi dinləniləcək.
Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “BP”nin dəstəyi ilə keçirilir.
KİV-lərin nümayəndələri beynəlxalq konfransa dəvət olunur.
Tədbir saat 1000-da başlayır.
Ünvan: “Ramada” hoteli, Şıx çimərliyi, Səlyan şosesi.
Saat 830-da Geologiya İnstitutunun qarşısında tədbir iştirakçıları, o cümlədən KİV-lərin nümayəndələri üçün avtobus “Ramada” hotelinə yola düşür.
Əlaqə telefonu: (994 12) 497 44 81; (994 12) 510 01 41 (daxili- 162)