Ana Səhifə / Xəbərlər

Xəbərlər

17 May 2012 Diqər xəbərlər Diqər xəbərlər

AMEA-nın YER ELMLƏRİ ÜZRƏ HƏQİQİ VƏ MÜXBİR ÜZVLÜYÜNƏ NAMİZƏDLƏR ÇIXIŞ ETMİŞLƏR

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda  Yer elmləri bölməsinin ümumi yığıncağı, Geologiya və Coğrafiya institutlarının elmi şuralarının birgə toplantısı keçirilmişdir. AMEA-nın üzvlüyünə növbəti seçkilərlə əlaqədar təşkil olunmuş ikigünlük tədbirdən məqsəd Akademiyanın Yer elmləri üzrə həqiqi və müxbir üzvlərinin vakant yerlərinə namizədlərə iddialarını elmi nailiyyətləri ilə əsaslandırmaq imkanı vermək idi. Geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi və coğrafiya ixtisasları namizədliyini irəli sürmüş alimlərin həm Azərbaycan, həm də dünya elminə vermiş olduqları töhfələr müzakirə edilmişdir.
 



 
Toplantıda Geologiya İnstitutundan əlavə, Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Ekologiya və Təbii Sərvətlər nazirliyinin müxtəlif elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetində çalışan namizədlərdən ümumən 4 müxbir üzv və 20 elmlər doktoru çıxış etdi.