Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 May 2012 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANDA RADON QAZI İLƏ BAĞLI APARILMIŞ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ EDİLƏCƏK


İyunun 8-dən 14-dək Cənubi İsveçrənin Tətbiqi Elmlər Universitetinin alimləri Klaudio Valsangiakomo və Markus Hofmann Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutuna gələcəklər. Onlar azərbaycanlı həmkarları ilə birgə 2010-cu ildə başlamış və ölkəmizdə radioaktiv radon qazının yayılma dərəcəsini ölçmək məqsədi daşıyan layihənin yekunlarını müzakirə edəcək. “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlanan layihə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin azərbaycanlı həmrəhbəri, Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev bildirib ki, görüş zamanı layihənin davam etdirilməsi barədə də söhbət aparılacaq.
 
Qeyd edək ki, Radon qazı Yer kürəsində geniş yayılmışdır. O, normadan çox olduqda ağ ciyər xərçənginə aparıb çıxara bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.