Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Sep 2012 Diqər xəbərlər Diqər xəbərlər

Kitabxana


Geologiya İnstitutunun kitabxanası 1945-ci ildən fəaliyyət göstərir. Kitabxananın fondu elmi-texniki ədəbiyyatdan -
  xarici jurnallar, kitablar, broşura və dövri mətbuatdan (90500 nüsxə) ibarətdir. Bundan əlavə fondda fotonüsxələr, avtoreferatlar, atlasıar saxlanılır. Kitabxananın işçiləri yalnız Geologiya İnstitutuna deyil, eyni zamanda AMEA-nın digər institutları, ali məktəblər və təşkilatlara xidmət göstərirlər. Eyni zamanda onlar aspirant, dissertant və tələbələrə ədəbiyyat seçimində köməklik göstərirlər. İnstitutun kitabxanası AMEA-nın Mərkəzi Elmi Kitabxanası, AMEA-nın digər institutlarının kitabxanaları, M.F. Axundov adına Milli Kitabxana ilə sıx əməkdaşlıq edir. İnstitutun kitabxanası mütəmadi olaraq yeni kitabların, jurnalların sərgisini və eyni zamanda Azərbaycanın geoloq-alimlərinin yubileylərinə həsr olunmuş sərgilər təşkil edir. Kitabxana tərəfindən Rusiya, Gürcüstan, Qazaxstan, Ukrayna, Belorussiya, Türkiyə, Çin və s. arasında beynəlxalq kitab mübadiləsi aparılır.