Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Sep 2012 Diqər xəbərlər Diqər xəbərlər

Azərbaycan Geoloqlarının Milli Komitəsi

 
1961-ci ildə təsis olunmuş Geoloji Elmlərin Beynəlxalq İttifaqının (GEBİ) üzvü olan Azərbaycan Geoloqlarının Milli Komitəsi (AGMK) 1993-cü ildə yaradılmışdır.

AGMK qeyri-hökumət elmi geoloji təşkilat olub, öhdəsinə qlobal geoloji problemlərin öyrənilməsinə yardım göstərmək; Yer haqqında müxtəlif elmlər sahəsində alimlərin beynəlxalq və fənlərarası kooperasiyasını həyata keçirmək; Beynəlxalq Geoloji Konqresin (BGK) sesiyaları arasında alimlərin əməkdaşlığının möhkəmləndirilməsi və elmi əlaqələrinin genişləndirilməsi düşür. 

Komitənin tərkibinə Respublikanın Yer Elmləri problemləri ilə məşğul olan bütün geoloji təşkilatlar daxildir. 

AGMK geologiya və onunla təmasda olan fənlərin öyrənilməsilə məşğul olan regional və xüsusi elmi assosiasiyaların işinə yardım göstərir. Azərbaycan Geoloqlarının Milli Komitəsinin üzvləri - Komitənin Nizamnaməsini qəbul edən və üzvlük haqqını ödəyən elmi müəssisələr və beynəlxalq elmi təşkilatlardır.

AGMK - yarandığı gündən, geologiyanın inkişafı və Respublikada geoloji fənlərin tədrisində böyük dəstək göstərir. 

Azərbaycan Geoloqlarının Milli Komitəsi:
  • Respublikada mineral və enerji ehtiyatlarının öyrənilməsinə;
  • Azərbaycanın gənc alimlərinin dünya ictimaiyyətilə əlaqələrinə;
  • Geoloji fəlakətlərə (risklərə);
  • Ekoloji geologiyaya və biogeologiyaya;
  • Geoloji təhsilin mükəmməlləşdirilməsinə və mineral-xammal bazasının möhkəmləndirilməsinə xüsusi diqqət göstərir.

Azərbaycan Geoloqlarının Milli Komitəsinin bürosu:

Prezident - AMEA-nın akademiki Ak.A.Əlizadə
Tel: 510 56 20
e-mail: gia@azdata.net


İcraçı-katib - AMEA-nın akademiki A.C.İsmayıl-zadə
Tel: 539 34 51
e-mail: arifismail@excite.com


Katiblik - g.-m.e.n. E.N.Emelyanova
Tel: 539 38 37
e-mail: gia@azdata.net