Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Sep 2012 Diqər xəbərlər Diqər xəbərlər

Mülki müdafiə

 
Mülki Müdafiə Qərargahı rəisi: Fərzəliyev O.S.

AMEA Geologiya İnstitutunda 2010-2012-ci illər ərzində Mülki Müdafiə işlərinin təşkili və idarəetmə mexanizmi, Azərbaycan Respublikası Prezidentinin MM haqqında fərmanı və Nazirlər Kabinetinin müvafiq normativ sənədləri əsasında planlaşdırılır, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi təmin olunur.

İnstitutda Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsi, İnstitutun rəhbərliyinin nəzarəti altında keçirilmiş və lazım gəldikdə məqsədyönlü köməkliklər göstərilmişdir.

Yanğın əleyhinə mühəndis-texniki tədbirlər yerinə yetirilmişdir. Yanğından mühafizə üçün institutda 10 nəfərdən ibarət 2 yanğınsöndürmə manqası yaradılmış və yanğınsöndürmə avadanlıqları daim hazır vəziyyətdə saxlanılmışdır. İnstitutun inzibati binasının təxliyə planı işlənib hazırlanmış və Azərbaycan Respublikası FHN Dövlət yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmışdır.

İnstitutda işçilərin Mülki Müdafiə üzrə öyrədilməsi 2011-ci il üçün MM tədbirlər planında nəzərdə tutulmuş tədbirlər üzrə təşkil edilmiş və onların hazırlığının əsas forması iş xüsusiyyətləri nəzərə alınmaqla iş yerlərində MM biliklərini müstəqil surətdə öyrənilməsidir.

Rəhbər heyət və MM qüvvələrinin şəxsi heyəti 15 saatlıq, MM qüvvələrinin tərkibinə daxil olmayan işçilər 12 saatlıq proqramlar üzrə tərtib olunmuş  cədvəllərə əsasən MM hazırlığı məşğələləri keçirilməlidir.

İnstitutda fərdi mühafizə vasitələri, cihazlar və digər MM əmlakları mövcuddur. İnstitutun rəhbər heyətinin, MM qüvvələrinin və işçilərin xəbərdar edilməsi üçün telefonlardan və mobil telefonlardan istifadə olunur. 

İnstitutun MM-nin təbliği məqsədilə MM informasiya materialları, tədris vasitələri və plakatlar hazırlanmışdır.