
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Nov 2012
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN GƏNC ƏMƏKDAŞI YAPONİYADA TƏHSİLİNİ UĞURLA BİTİRMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aspirantı Rafiq Səfərov Yaponiyada seysmologiya üzrə birillik magistratura təhsilini və təlim kursunu başa vurmuşdur. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə təşkil olunmuş kurs “Seysmologiya, zəlzələ mühəndisliyi və fəlakətlərin idarə olunması siyasəti” adı altında Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutunda və Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunda keçirilmişdir.
Gənc alim kursu müvəffəqiyyətlə bitirdiyinə görə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən sertifikata, Yaponiya Milli Siyasi Tədqiqatlar İnstitutundan magistr dərəcəsi diplomuna, Yaponiya Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutundan isə ali təhsil haqqında diploma layiq görülmüşdür.
R.Səfərov Geologiya İnstitutunun Elmi Şurasının toplantısında söz alaraq bildirmişdir ki, kursda dünyanın 14 ölkəsindən 23 gənc alim və mühəndis iştirak etmişlər. Təmsil olunan ölkələrin sırasında Azərbaycandan əlavə, Banqladeş, Çin, Haiti, İndoneziya, Pakistan, Makedoniya və digər ölkələr olmuşlar.
Toplantıda AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə gənc alimi təbrik etmiş və onun kursu müvəffəqiyyətlə bitirməsini institutun kadr siyasətində növbəti uğur kimi qeyd etmişdir. Akademik bildirmişdir ki, geologiya elminin müxtəlif istiqamətlərində gənclərin beynəlxalq təcrübəyə yiyələnməsi Geologiya İnstitutunun əsas prinsiplərindəndir. Bu günə qədər institutdan bir neçə gənc alim təcrübələrini artırmaq üçün xarici ölkələrə göndərilmişdir.
