Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Nov 2012 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ALİMLƏRİ MOSKVADA MÜHAZİRƏ KURSLARI KEÇİRMİŞLƏR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində (RDNQU) magistr və aspirantlar üçün 1 həftəlik mühazirə kursları həyata keçirmişdir. İnstitutun Hövzə modelləşdirilməsi və  geotexnologiyalar şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov geologiya elminin hövzə modelləşdirilməsi istiqamətində, Sedimentologiya və paleoceografiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva isə sedimentalogiya üzrə mühazirələr söyləmişlər.

RDNQU-nun təşəbbüsü ilə təşkil olunmuş kurs “Neft və qaz axtarışının nəzəri əsasları” kafedrasında reallaşdırılmışdır. Bu cür mühazirələrin universitetdə ənənəvi hala çevrilməsi nəzərdə tutulur.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qeyd edir ki, Azərbaycan neft ölkəsi olduğu üçün RDNQU respublikamızın neft geologiyası sahəsindəki təcrübəsindən faydalanmaq niyyətindədir. Beləki, neftli hövzələrin modelləşdirilməsi istiqamətindəki tədqiqatlar Geologiya İnstitutunda 20 ilə yaxındır aparılır və bu işlər 3 il bundan qabaq qurum halında mərkəzləşdirilmişdir.