
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
05 Dec 2012
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN BEYNƏLXALQ NÜFUZU ARTMAQDADIR
ABŞ-ın məşhur David Publishing Company nəşriyyat evinin çap etdiyi aylıq Kimya və Kimya Mühəndisliyi Jurnalı (KKMJ) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda hazırlanmış "Elastik dalğaların qeyri xətti nəzəriyyəsi tətbiqi ilə böyük dərinliklərin seysmik məlumatlarının işlənilməsi və geoloji şərhi" adlı məqaləni dərc etmək niyyətindədir. Bu məqsədlə jurnalın redaksiyası instituta müraciət etmişdir. Məqalənin müəllifi Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyevdir. Redaksiya institutda hazırlanacaq yeni məqalələrin də dərc olunmasını təklif etmişdir.
KKMJ aid olduğu sahə üzrə dünya jurnalları sırasında ən yüksək reytinqə sahibdir.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə redaksiyanın əməkdaşlıq təklifini Azərbaycanın geologiya elminin beynəlxalq nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirir.
