Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Feb 2013 Diqər xəbərlər Diqər xəbərlər

TƏBİƏT TARİXİ MUZEYİNDƏ ŞAGİRDLƏR ÜÇÜN AÇIQ DƏRS KEÇİRİLMİŞDİR


Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyində 20 nömrəli orta məktəbin 8-11-ci sinif şagirdləri üçün açıq dərs keçirilmişdir. Dərsdə muzeyin direktoru, biologiya elmləri namizədi Tariel Eybətov məktəblilərə Azərbaycanın qədim fauna və flora növlərindən geniş bəhs etmişdir. Sonra, şagirdlər muzeyin eksponatları ilə əyani tanış olmuşlar.

Açıq dərs “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada çərçivəsində təşkil olunmuşdur. Xatırladaq ki, olimpiada Geologiya İnstitutunun Gənc Alimlər Şurasının təşkilatçılığı və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə keçirilir. Məqsəd şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm ilə təhsilin vəhdətindən faydalanmaqdır.