Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 May 2013 Diqər xəbərlər Diqər xəbərlər

ALMANİYALI ALİM GEOLOGİYA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR


Bu gün Almaniyanın Aachen Universitetinin professoru Kristof Hilgers Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda məruzə ilə çıxış etmişdir. “Mikro-miqyasdan seysmik miqyasadək rezervuar anizotropu və struktur diagenezinin rolu” adlı məruzə Almaniya universitetinin bu istiqamətdə aparmış olduğu tədqiqatların nəticələrini əhatə etmişdir. Qonağın çıxışındakı yeni məlumatlar institutun alimləri tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə bu istiqamətdə tədqiqatları birgə davam etdirmək təklif olunmuşdur.