
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Jul 2013
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI İTALİYADA KEÇİRİLMİŞ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞLƏR
İtaliyanın Triyest şəhərində “Kontinentlərdə zəlzələ tektonikası və təhlükəsi” adlı beynəlxalq seminar keçirilmişdir. Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları – Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev və şöbənin aspirantı Rafiq Səfərov təmsil etmişlər. Seminara ABŞ, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Pakistan və digər ölkələrdən də alimlər qatılmışlar. Tədbirdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTİ), İngiltərənin Oksford və Kembric universitetləri, həmçinin İtaliya alimlərinin iştirakı ilə aparılan və bütün materikləri əhatə edən geodinamik tədqiqatların nəticələri məruzə edilmiş, geniş müzakirələr aparılaraq gələcək tədqiqatların istiqamətləri müəyyənləşdirilmişdir.
F.Qədirov bildirir ki, Geologiya İnstitutu 15 ildən çoxdur ki, MTİ ilə əməkdaşlıq edir və bu müddətdə Qafqazın, eləcə də Azərbaycanın geodinamikasına dair mühüm elmi nəticələr əldə edilmişdir. Seminarda Azərbaycan alimlərinin də bu sahədə əldə etdiyi nəticələr geniş müzakirə mövzusu olmuşdur. Tədbirdə Q.Babayev və R.Səfərov gənc alimlər üçün təşkil olunmuş metodik xarakterli mühazirələrdə iştirak etmişlər. Bu, Geologiya institutu üçün kadr hazırlığı baxımından böyük əhəmiyyət kəsb edir.
