Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Dec 2013 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ALİMLƏRİ AVROPANIN QABAQCIL ELM MƏRKƏZLƏRİNƏ SƏFƏRLƏR ETMİŞLƏR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və Quyuların qazılması şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev Avropaya səfər ediblər. Alimlərimiz Rumıniyanın “OMV Petrom SA” şirkətinin neftqazçıxarma üzrə direktoru Heninq Qrotkopun  dəvəti ilə Buxarestdə olublar. Onlar institutun adıçəkilən şöbələrində əldə edilmiş elmi nəticələr haqqında məlumat veriblər. Geniş müzakirələrdən sonra “OMV Petrom SA” ilə birgə tədqiqatlar aparmaq təşəbbüsləri irəli sürülüb, bu istiqamətdə təkliflərin hazırlanması qərara alınıb.

Səfər çərçivəsində Rumıniya Elmlər Akademiyasının üzvü, professor Nikolas Anastasiyu  və Neft-Qaz Ploieşti Universitetinin rektoru, professor Mihay Pasku Koloja ilə də görüşlər keçirilib. Geologiya və geofizika üzrə müxtəlif mövzular, yeni nəticələrin təhsildə tədrisi və birgə tədqiqatlar aparmaq imkanları müzakirə olunub.

H.Quliyev Kiyevdə də olub, Ukrayna Milli Elmlər Akademiyası Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini professor A.V.Kendzera ilə görüşüb. Söhbət zamanı Azərbaycan regionunda geofizika və seysmologiya üzrə maraq doğuran tədqiqatlara, böyük əhəmiyyətli tikililərin seysmik dayanıqlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Q.Əfəndiyev isə Moskvada “Geotexnokin” Elmi-Texniki Mərkəzində olub. Burada elmlər doktorları – Tofiq Hismetov, Aleksandr Bernşteyn, həmçinin professor Aleksandr Qusman və başqa tanınmış alimlərlə quyuların qazılması sahəsində əldə olunmuş yeni nəticələr müzakirə edilib.