Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Jan 2014 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN GƏNC ƏMƏKDAŞI ALMANİYADA TƏCRÜBƏ KEÇƏCƏK


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu gənc kadr hazırlığı siyasətini uğurla davam etdirir. İnstitutun gənc əməkdaşı, Neft və qaz geologiyası və geofizikası şöbəsinin mühəndisi Aytən Xasayeva Cənubi Xəzər hövzəsinin dib çöküntülərinin geokimyəvi tədqiqi üzrə təcrübə qazanmaq üçün Almaniyaya gedəcək. Gənc alim Kill şəhərində yerləşən “Helmholtz Center for Ocean Research Kiel Geomar” mərkəzində dənizin dib çöküntüləri ilə əlaqədar geokimyəvi sahələrin formalaşma xüsusiyyətlərini öyrənəcək.

Bu ilin fevralında başlayacaq bir aylıq təcrübə kursu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun  “Mobillik qrantı” layihəsi çərçivəsində təşkil olunur.

Layihənin dəyəri 8500 manatdır.