Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Apr 2014
Diqər xəbərlər
Yer elmləri sahəsində ümumrespublika elmi seminari
Seminar 2 aprel 2014-cü il tarixində saat 11-də AMEA Geologiya İnstitutunun akt zalında keçirildi.
Məruzəçi: Geologiya elmləri doktoru, professor Rasim Əliyev ADNA
Dünyada enerji resurslarına olan tələbatın daim artması, karbohidrogen ehtiyatlarının məhdudluğu, istehsal prosesi ilə əlaqədar yaranan texnogen problemlər, enerji təminatının əsas mənbələrindən biri hesab olunan alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətlə genişlənməsini zəruri etmişdir.
Azərbaycanın zəngin geotermal resursları mövcuddur və enerji hasil etmək üçün bu sahəni araşdırmağa dəyər. Yer təkindəki mənbəyindən geotermal enerjini götürərək ötürən istilik nasosları bu texnologiyanın dünyada populyar istifadə metodudur.
Istilik nasosları – ətraf mühitin (torpaq, su və yaxud havanın) aşağı potensiallı istiliyini yaşayış və istehsalat sahələrinin qızdırılması və isti su təchizatı üçün yüksək potensiallı istilik enerjisinə çevirən qurğudur.
Istilik nasoslarının üstünlükləri aşağıdakılardır:
- ekoloji təmizlik – torpaqdan istiliyin alınması zamanı yanacaq yandırılmır və atmosferə CO2 tullantıları atılmır;
- yüksək faydalı iş əmsalına (FİƏ) malikdir – 1 kVt istilik enerjisinin alınması üçün istilik nasoslarının elektrik cihazlarının işləməsinə bəzi hallarda 0,17 kVt elektrik enerjisi sərf olunur;
- avtonomluq və uzun, təqribən 25-30 il müddətində işləmək imkanları, praktiki olaraq texniki xidmət tələb olunmur.
Nəticə:
- laylardan əldə edilən istilik yaşayış və istehsalat sahələrinin isidilməsi və ya texnoloji istilik məqsədilə - istilik nasoslarından istixanalarda istifadə edilə bilər;
- Azərbaycanda geotermal resurslardan istifadə edərək enerji hasil edilməsi ehtimalı böyükdür;
- Mövcud temperatur və isti su resurslarının ətraflı öyrənilməsi, qiymətləndirilməsi zəruridir.
Qeyd etmək lazımdır ki, ABOEM-in Qobustan Tədris Təlim poliqonunda ilk dəfə olaraq 2010-cu ildə istilik nasosu quraşdırılıb, hal-hazırda Respublikada 10-dan artıq pilot layihədə məktəblərin, uşaq evlərinin, tibb məntəqələrinin isti su təchizatı və binaların qızdırılması üçün ümumi gücü 1.2 Mvt olan istilik nasoslarından istifadə edilir. Azərbaycan Diplomatik Akademiyasının yeni inşa edilmiş binasının istilik təchizatı istilik nasosları (gücü 1.3 Mvt) ilə həyata keçirilir. Respublikada istilik nasoslarından istifadə perspektivliyi ABOEM-in inkişaf strategiyasında öz əksini tapıb.