
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
10 Oct 2014
Diqər xəbərlər
ARALIQ DƏNİZİNDƏN XƏZƏRƏ QƏDƏRKİ ƏRAZİLƏRİN QƏDİM GEOLOJİ TARİXİNDƏN BƏHS OLUNACAQ
Bu il oktyabrın 13-də saat 09:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) "Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi" ilə bağlı II plenar iclas keçiriləcək. GGİ-nin təşkilatçılığı, YUNESKO, Beynəlxalq Geologiya Elmləri Birliyi və Kanadanın Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun maliyyə dəstəyi ilə keçirilən konfrans çərçivəsində çöl ekskursiyaları təşkil olunacaq. Oktyabrın 20-nə qədər davam edəcək tədbir ərzində Qız Qalası, Şirvanşahlar Sarayı, Qobustan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, qədim tarixə malik Lahıca da səyahətlər planlaşdırılır.
KİV-lər tədbirə dəvət olunur!