
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Oct 2014
Diqər xəbərlər
İNSTİTUT ALİMLƏRİ QAFQAZDA YERALTI PROSESLƏRƏ DAİR KEÇİRİLMİŞ ÜMUMRUSİYA KONFRANSINDA İŞTİRAK EDİBLƏR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) aparıcı elmi işçiləri - geologiya-minerologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və Rafiq Səfərov Rusiyanın Vladiqavkaz şəhərində “Qafqazda geodinamika, vulkanizm, seysmiklik və təbii və texnogen xarakterli ekzogen geoloji proseslər” adlı konfransda iştirak ediblər. Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsi (REA YEB), Vladiqafqaz Elmi Mərkəzi, Vladiqafqaz Geofiziki tədqiqatlar Mərkəzi və Şimali-Qafqaz Dağ-Metallurgiya İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə S.Məmmədov “15-illik GPS məlumatları əsasında Azərbaycan ərazisində Yer qabığının deformasiyaları”, Rafiq Səfərov isə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS (qlobal yertəyinetmə sistemi) məlumatları əsasında tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər. Onlar AMEA-da geodinamika və seysmologiya sahəsində aparılmış tədqiqatların mühüm nəticələrindən danışıblar. Qeyd olunub ki, Qafqaz geodinamik baxımından xeyli aktiv zonadır və bir çox dünya alimləri tədqiqatlarını bu əraziyə kökləyib. GGİ-nin tədqiqatçılarının əldə etdiyi nəticələr GPS məlumatlarına əsaslanır. Məlumatlar özlərini doğrultduğuna görə, bu cür elmi-tədqiqat texnologiyalarının araşdırmalarda tətbiqi genişləndirilir.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qafqaz ərazisində geodinamik proseslərin öyrənilməsi istiqamətində səylərin artırılması üçün fikir mübadiləsi aparılıb.