Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Oct 2014 Diqər xəbərlər Diqər xəbərlər

İNSTİTUT ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq konfransda iştirak ediblər. Aparıcı elmi işçilər geologiya-minerologiya üzrə fəlsəfə doktoru Məlahət Əfəndiyeva və geologiya-minerologiya üzrə fəlsəfə doktoru Gülxar İsmayılova, həmçinin kiçik elmi işçi Rəqsanə Əsgərova Turin şəhərində təşkil olunmuş Aralıq Dənizinin Neogen Stratiqrafiyasının Regional Komitəsinin “Messinian duzluluq böhranı: geologiya və geobiologiya üzrə” adlı beynəlxalq konfransda çıxış ediblər. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, İtaliya və digər Avropa ölkələrindən olan alimlərin də çıxış etdiyi tədbirdə Alp dağları ərazisində yerləşən müxtəlif regionların stratiqrafiya, paleontologiya, litologiya və palecoğrafiyasına dair məruzələr dinlənilib. Yer elmlərinin müxtəlif istiqamətlərində əldə olunmuş ən yeni nailiyyət və innovasiyalar haqqında məlumatlar verilib. 

M.Əfəndiyeva “Azərbaycan ərazisində mövcud olan maykop paleohövzəsinin paleocoğrafiyası haqında yeni məlumatlar”, G.İsmayılova “Cənubi-Xəzər hövzəsinin dərinliklərində pliosen kollektorlarının formalaşdırma və qorunma xüsusiyyətləri”, R.Əsgərova isə “Aşağı Kür çökəkliyi ərazisində liqoloji-stratiqrafik tipin neft-qaz yataqları və struktur cəhətlərinin xüsusiyyətləri (modellər əsasında)” adlı məruzələr ediblər. Konfransın sonunda Messin duzluluq böhranı müddətində formalaşan və İtaliyanın şimal-qərbində yerləşən Pemondsk hövzəsinin geoloji sahələrinə ekspedisiya təşkil olunub.