Ana Səhifə / Xəbərlər

Xəbərlər

25 May 2015 Diqər xəbərlər Diqər xəbərlər

ABŞERON GÖLLƏRİNİN EKOLOJİ VƏZİYYƏTİNƏ DAİR SEMİNAR KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti elmi seminarı keçirilib. Şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə institutun Geoekologiya şöbəsinin mühəndisi İlqar Quliyev “Abşeron yarımadasının çirklənmiş göllərində mikroelementlərin paylanmasının geokimyəvi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Bu günlərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsində magistratura təhsilini başa vuraraq eyni mövzu üzrə dissertasiya işini müdafiə etməyə hazırlaşan gənc alim yarımadadakı göllərin əhəmiyyəti, ekoloji vəziyyəti, həmçinin çirklənmə səbəbləri və dərəcələrindən bəhs edib. Bildirib ki, burada göllərin əksəriyyəti duz, bron, yod, müalicəvi palçıq və digər tərkiblərlə zəngindir. Lakin ekoloji çirklənmələr bir çox halda bu təbii sərvətlərdən istifadəni məhdudlaşdırır. 

Xocasən, Bülbülə, Kürdəxanı və Qırmızı göllər ölkə ərazisinin ən çirkli su hövzələrindəndir. Böyükşor isə hazırda dövlət səviyyəsində aparılan tədbirlər nəticəsində bu siyahıdan çıxmaq üzrədir. Abşeronda ən az çirklənən Masazır gölüdür.

İ.Quliyev çirklənmələrin əsas səbəblərini təbiət hadisələri, iqlim dəyişmələri, fauna və floranın təsiri, həmçinin antropogen amillə təsvir edib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.