
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
23 Oct 2015
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA
Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, əvvəlcə, Layların neftveriminin artırılması üsulları şöbəsinin rəhbəri, texnika elmləri doktoru, professor Anatoliy Strekovu 70 yaşı tamam olması münasibəti ilə kollektiv adından təbrik edib. Yubilyara həyat və yaradıcılığı ilə bağlı xoş arzular ifadə olunub.
Daha bir təbrik texnika elmləri doktoru, professor Mirəli Alosmanovun Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diploma layiq görülməsi ilə bağlı olub. Alimə bu mükafat elmin populyarlaşdırılması istiqamətində uğurlu əməyinə görə verilib. M.Alosmanova elmi yaradıcılığında davamlı uğurlar arzu edilib.
Sonra iclasın gündəliyinə nəzər salınıb, ilk olaraq “Azərbaycanda arxegeologiyanın inkişafı. Arxezoologiya. Azərbaycan ərazisində paleolit və holosen tapıntı yerlərinin aşkar edilməsi və öyrənilməsi” mövzusunda tədqiqatlardan danışılıb. D.Hüseynov bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirib. H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. Tədqiqatların nəticələri geniş müzakirə edilib, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub.
Növbəti çıxış “Meşəsu istisu mənbəyində termal su ehtiyatlarının dəqiqləşdirilməsi” mövzusu üzrə təsərrüfat müqaviləli işlərə aid olub və Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarovun təqdimatında dinlənilib.
İclasda GGİ-nin magistraturasına növbəti qəbulla bağlı nəzərdə tutulan işlərə də nəzər salındıb. Həmçinin, Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov gənc alim və tələbələrin “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı VI Beynəlxalq konfransının yekunlarından danışıb. İclas iştirakçıları tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayıb və ölkədə elmin inkişafına töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.