Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Feb 2016 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.


Sonra institutun elmi katibi, Yer elmləri üzrə fəlsəfə doktoru Yeganə Lətifova elmi şuranın və ümumrespublika elmi seminarlarının iş planı haqqında ətraflı məlumat verib. Plan geniş müzakirədən sonra təsdiq edilib.


Daha sonra elmi-təsərrüfat işlərinin yerinə yetirilməsinin gedişatı haqqında çıxışlar dinlənilib. “Azərbaycanın mezozoy filiz-maqmatik sistemlərinin əmələ gəlməsinin geodinamikası və potensial filizliliyi”, “Kiçik Qafqazda kontakt-termal metamorfizmə və filizdaşıyan kalsiumlu skarn metasomatitlərinə dair dərc olunmuş elmi işlərin ümumiləşdirilib sistemləşdirilməsi” və “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (Böyük Qafqaz və Kür çökəkliyi əraziləri)” mövzularında görülmüş işlərin nəticələrindən bəhs olunub.


Hazırlanmaqda olan “Cənubi Xəzər çökəkliyinin yeni geoloji-geofiziki modeli”, “Karbohidrogen potensialının qiymətləndirilməsi”, “Geodinamik tədqiqatlar və monitorinq”, həmçinin “Radon və insan sağlamlığı” adlı elmi əsərlərə nəzər salınıb və nəşrə tövsiyə ediliblər.


İclas kadr hazırlığı və digər məsələlərin müzakirəsi ilə davam edib.