Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
11 Mar 2016
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA
Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra institutun "Qaz-kondensat yataqlarının işlənilməsi və istismarı” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Zöhhak Abbasov və SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun “Birgə işlənilən yataqlar üzrə məlumatlar bazası və modelləşdirmə” şöbəsinin rəis müavini, texnika elmləri namizədi, dosent Natiq Həmidov tərəfindən birgə hazırlanmış “Tükənmə rejimində işləyən qaz-kondensat yataqlarının son işlənilmə mərhələsində yaranan çətinliklər və onların aradan qaldırılma yolları” mövzusunda geniş məruzə dinlənilib.

Daha sonra qrant layihələrinin yerinə yetirilməsinin gedişatı haqqında çıxışlar edilib. “Neft məhsullarının neft şlamlarından ayrılması prosesinin intensivləşdirilməsi və texnoloji rejimin təyin edilməsi”, “Ehtiyatları çətin çıxarıla bilən yataqların işlənilməsinin innovasion kompleks texniki-texnoloji üsullarının yaradılması və proqram təminatı”, “Yüksək radon konsentrasiyası müşahidə olunmuş Şamaxı-İsmayıllı və Şəki-Zaqatala zonalarında radonun həcmi aktivliyinin təbiətinin tədqiqi, radon qazının insan səhhətinə təsirinin qiymətləndirilməsi və bu təsirin aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması”, həmçinin “Azərbaycanın böyük göllərinin su ehtiyatları, biomüxtəlifliyin qiymətləndirilməsi, onların dəyişmə istiqamətlərinin proqnozlaşdırılması və ətraf ərazilərdə ekzogen geoloji proseslərin geofiziki üsullarla öyrənilməsi” adlı layihələrin icrası barədə geniş məlumatlar verilib.
Tədbir institutun strukturunda qismən dəyişikliklər edilməsi, kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)