Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Mar 2016 Diqər xəbərlər Diqər xəbərlər

ÖLKƏNİN QƏRB ZONASININ TƏBİİ İRSİNƏ AİD KİTAB NƏŞR EDƏCƏK


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin qərb hissəsinin geologiya və coğrafiyasına aid təbliğat xarakterli nəşr hazırlayır. İşlər YUNESKO tərəfindən maliyyələşdirilən  “Qərbi Azərbaycanın təbii irsi” adlı birillik layihə çərçivəsində həyata keçirilir.

Layihənin rəhbəri, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib ki, Azərbaycanın qərb zonasının geologiya və coğrafiyası, o cümlədən nadir təbiət abidələri haqqında mövcud məlumatlar toplanılıb və kitab halında çap ediləcək. Ərazinin faydalı qazıntıları, qeyri-adi geoloji obyektləri və relyef formaları, gölləri, mineral su bulaqları və digər maraqlı təbiət nümunələri nəşrdə öz əksini tapacaq.


İngilis dilində yazılan kitabın bu il ərzində çap ediləcəyi nəzərdə tutulur.