
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Apr 2016
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” SEMİNARI
2016-cı il aprel ayının 28 saat 15:00-da Geologiya və Geofizika İnstitutunun akt zalında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçiriləcəkdir.
Seminarın mövzusu: “Neft və gaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsullarının təkmilləşdirilməsi”. Məruzəçilər: AMEA-nın müxbir üzvü Q.M. Əfəndiyev, f.-r.e.d., prof. S.Ə. Əliyev, g.-m.e.n. K.K. Ağayeva.
Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.