
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GƏNC ALİM MOSKVADA ELMİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin elmi işçisi, dissertant Elnur Baloğlanov Moskva Dövlət Universitetində gənc alim, tələbə və aspirantlar üçün təşkil olunmuş “Lomonosov-2016” adlı XXIII beynəlxalq elmi konfransda iştirak edib. Tədbirdə gənc alim GGİ-də apardığı elmi-tədqiqat işinin nəticələrinə dair məruzə ilə çıxış edib. “Palçıq vulkanları ilə seysmik aktivliyin əlaqəsinin qazhidrokimyəvi göstəriciləri” adlı məruzə maraqla qarşılanıb.
E.Baloğlanov GGİ tərəfindən 3 dildə hazırlanmış və AMEA-nın 70 illik yubileyi ərəfəsində çapdan çıxmış “Dünyanın palçıq vulkanları atlası” haqqında da geniş məlumat verib. Dördgünlük tədbir aprelin 15-də başa çatacaq.