
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Sep 2016
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB
30 sentyabr 2016-ci il
Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Hidrogeologiya və mühəndisi geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun “Azərbaycan Respublikasının iqtisadiyyatının davamlı inkişafında su amili” mövzusunda məruzəsi dinlənilib. Natiq ölkədə mövcud olan içməli su ehtiyatları və onların əhalini təmin etmək üçün hazırkı potensialından danışıb. Çoxillik tədqiqatlarının nəticələrini açıqlayan Y.İsrafilov dünya miqyaslı problemə çevrilmiş içməli su çatışmazlığının Azərbaycan ərazisinə təsirsiz ötüşmədiyini bildirib. Vəziyyəti faktlarla təsvir edən şöbə rəhbəri bununla mübarizə aparmağın yollarından da danışıb.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib.
Sonra, AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarlarının icrasından bəhs olunub. Həmçinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan müştərək tədqiqatlar, Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyasının tərtibi ilə bağlı işlər, magistratura üzrə kadr hazırlığı və 2016-cı ildə magistraturaya qəbul haqqında da çıxışlar dinlənilib.
İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com