
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Oct 2016
Diqər xəbərlər
GGİ-də RUSİYALI ALİMİN MƏRUZƏSİ DİNLƏNİLİB
13 oktyabr 2016-cı il
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) neytron fizikasına dair elmi seminar keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq elmi müəssisənin qonağı olan Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Neytron fizikası laboratoriyasının rəhbəri, professor Valeriy Şvetsovu salamlayıb. Bildirib ki, Dubna şəhərində yerləşən BNTİ seminarın mövzusu üzrə tədqiqatlarda böyük təcrübəyə malikdir. Tədbirin keçirilməsində məqsəd həmin təcrübəni GGİ alimləri ilə bölüşməkdir.
Sonra V.Şvetsov seminarın mövzusuna dair geniş məruzə ilə çıxış edib. O, aparmış olduğu tədqiqatlar barədə ətraflı məlumat verib, nail olduğu nəticələri əyani şəkildə təqdim edib. Həmçinin vurğulayıb ki, BNTİ-də neytron fizikası üzrə geniş təcrübə və lazımi elmi-texniki baza mövcuddur. Rusiyalı alim bu sahədə əməkdaşlıq, kadr hazırlığı və təcrübə mübadiləsi imkanlarından da danışıb.
Məruzə maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra seminar başa çatıb.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com