Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Jan 2017 Diqər xəbərlər Diqər xəbərlər

Geomaqnetizm şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor İsayeva Mənijə İsa qızı

Tel.: +(99412) 5101165
Faks: +(99412) 5372285
E-mail: manija-isa@mail.ru

Azərbaycanda paleomaqnit sahəsində elmi tədqiqatlar 1960-cı ildən aparılır və geniş spektri əhatə edir: geologiya-geofizikanın müxtəlif sahələrini – stratiqrafiya, geoxronologiya, paleotektonika, maqnit mineralogiyası, geomaqnetizm, faydalı qazıntı yataqlarının maqnit kriterilərinin işlənilməsi, regionun dərinlik quruluşunun öyrənilməsi, süxurların maqnetizm üsulu ilə geoloji məsələlərin həlli.

Tədqiqatların istiqamətləri: - Yerin maqnit sahəsinin müxtəlif dövrlərə əsasən paylanmasının xarakterinin aydınlaşdırılması, onun təkamülü, eləcə də geologiyanın praktiki məsələlərinin həlli;
 
  • Yer qabığının və üst mantiyanın quruluşunun öyrənilməsi;
  • zəlzələlərin seysmomaqnit müjdəçilərinin aşkarlanması.

Şöbədə aparılmış komplers eksperimental tədqiqatlar aşağıdak nəticələri almağa imkan yaratmışdır:
 
  • İlk dəfə olaraq, Azərbaycanın fanerozoy dövrünün istinad maqnit-stratiqrafik şkalası tərtıb edilmişdir və bu da öz növbəsində, çökmə qatların stratifikasiyasının əsasını, yaşa görə ayrılmasını, kontinental və dəniz çöküntülərinin stratiqrafik korrelyasiyasını və sərhədlərin əsaslandırılmasını təşkil edir.
  • Cənubi Xəzərin çökmə süxurlarının maqnit-stratiqrafiyası pliosen-holosen çöküntülərini ayırmağa, neft-qaz strukturlu sahələrdə korrelyasiyanın aparılmasına və paleomaqnit məlumatlara əsasən yaranma tarixini dəqiq təyin etməyə kömək edir.
  • Dərinlik çöküntülərinin paleotektonik kriteriləri aşkar edilmiş və paleo en dairəsi təyin edilmişdir. Süxurların episentr zonası yaxınlığında qalıq maqnitləşmənin dəyişməsi dönmə prosesləri ilə təyin olunub, geomaqnit sahəsinin lokal variasiyasının gərginliyində öz əksini tapır (seysmomaqnit müjdəçilər).
  • Paleomaqnit məlumatlara əsasən Kiçik Qafqazın tektonik inkişaf tarixi dəqiqləşdirilmiş və onun bloklu quruluşu, maqmatik ocağının yatma dərinliyi göstərilmişdir.

Müxtəlif stratiqrafik intervalları əhatə edən 150-dən cox geoloji kəsilişlərin öyrənilməsi əsasında paleomaqnit məlumatların təhlili və sistemləşdirilməsi aparılmış və Azərbaycanın fanerozoy dövrünün istinad maqnitostratiqrafik şkalası tərtib edilmişdir. Kontinental və dəniz kaynozoy çöküntüləri üzrə regional və lokal strukturların neft-qaz perspektivliyini qiymətləndirmək üçün maqnit və paleomaqnit kriteriləri müəyyən edilmişdir.

Alınan bütün məlumatlar əsasında plitələrin kinematik parametrləri təyin edilib və Böyük Qafqazın və Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas plitələrinin palinspastik rekonstruksiyaları aparılmış və qonşu ərazilərlə müqayisə edilmişdir.

Son 10 il ərzində şöbədə aşağıdakı mühüm nəticələr əldə olunmuşdur:
 
  • Paleomaqnit məlumatların təhlilinə əsaslanaraq təbaşir dövründə Böyük Qafqaz və Kiçik Qafqaz ərazilərində müxtəlif geostrukturların dinamikasının kinematik parametrləri təyin edilmişdir(2002-ci il).
  • Azərbaycanın fanerozoy süxurlarının petrofiziki, geomaqnit və istilik xassələri üzrə elektron məlumat bankı yaradılmış, bu məlumatların birgə analizi, kartoqrafik vizuallaşdırılması və müxtəlif modellərin qurulması üçün GİS texnologiyası işlənilmişdir(2007-ci il).
  • İlk dəfə olaraq məhsuldar qatın neogen sistemində stratiqrafik vəziyyəti, geoloji analizi, yeni tərtib edilmiş maqnitostratiqrafik zonal bölgüsü (8 zona) və məhsuldar qatın lay dəstələrinin formalaşma vaxtı, çöküntütoplanma sürəti təyin edilmiş və ümumilikdə məhsuldar qatın davamlılıq müddəti qiymətləndirilmişdir (2009-cu il).
  • Azərbaycan ərazisi üçün Mmax və geotermik qradiyentlər arasındakı əlaqəlilik əsasında maksimal mümkün seysmik hadisələrin baş verməsi qanunauyğunluqları müəyyən edilmişdir(2010-cu il).

Şöbədə REA Yer Fizikası İnstitutu və V.V.Fedınski adına METGKİ “GEON” ilə birlikdə “Xəzər dənizinin çöküntüləri: seysmik riskin detallaşdırılması məqsədi ilə maqnitostratiqrafik və fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi” (2000-2003-cü illər) adlı elmi-tədqiqat işi yerinə yetirilmişdir.
 
  • Son milyon il ərzində geoloji və geomaqnit tarixinin öyrənilməsi məqsədilə REA YFİ ilə birlikdə “Qaraca kəsilişinin paleomaqnit məlumatlarına əsasən maqnit sahəsinin təkamülü” (2004-2006-cı illər) mövzusunda elmi-tədqiqat işi aparmışdır.

Şöbənin əməkdaşları aşağıdakı qrant layihələrində iştirak ediblər:
 
  • Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu: “Qafqaz-Xəzər regionunun paleo və müasir dinamikası: müasir cihazların tətbiqi ilə paleomaqnit və geotermal məlumat bazasının yenilənməsi” mövzusunda qrant layihəsi (2011-2012-ci illər).
  • Ukrayna Elmi-Texnoloji Mərkəzinin (STCU) 5363 saylı qrant layihəsi: “Azərbaycanın istilik sahəsinin yeni GİS xəritə və modellərinin tərtibi və geotermal enerji resurslarının qiymətləndirilməsi” (2011-2013-cü illər).
  • Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu: “Bakı şəhərinin ərazisinin mikrotremor ölçüləri əsasında mikroseysmik rayonlaşdırılması” (2011-2012-ci illər)

AMEA Geologiya İnstitutu Rusiyanın Ümumittifaq Geoloya İnstitutu ilə birgə Rusiya, MDB və qonşu dövlətlərin GİS atlas xəritələrini işləmişdir:
 
  1. “Azərbaycanın lokal maqnit sahəsinin xəritəsi”, miqyas - 2500000;“Rusiya, MDB və qonşu dövlətlərin GİS atlas xəritəsi” , 2006-cı il.
  2. “Azərbaycanın maqnit sahəsinin anomal xəritəsi”, miqyas-1000000, “Qafqazın geoloji tərkibinin GİS atlas xəritəsi”, 2007-ci il.

Naxçıvan MR-in paleozoy və paleogen yaşlı çöküntülərində paleomaqnit tədqiqatı aparılmışdır. Alınan paleomaqnit məlumatları öyrənilən regionlarda Yerin maqnit sahəsinin xarakteri haqqında məlumat verir. Biostratiqrafik yaş bölgülərində yaxşı müəyyən edilmiş paleomaqnit məlumatları Naxçıvan Muxtar Respublikasının paleosen və eosen dövrləri üçün ümumi paleomaqnit şkalasının qurulmasına imkan vermişdir. Stratiqrafik interval üçün qurulmuş paleomaqnit sxemi hal-hazırda daha dəqiq və ümumu paleomaqnit şkalasının əsası sayılır.

Kiçik Qafqazın bütün ərazisi paleosendən orta eosenə qədər, Böyük Qafqaza və başqa regionlara nisbətən şimal və şərqə doğru saat əqrəbinin əksi istiqamətində 300-400 dönüb.

Şöbənin elmi-tədqiqat işlərinin nəticələri aşağıdakı monoqrafiyalarda öz əksini tapmışdır: “Azərbacanın geologiyası” (V cild, “Yer fizikası"), “Azərbaycanda geofiziki tədqiqatlar”, “Paleomaqnetizm və akkresion tektonika”, “Geoloji sahə və Cənubi Qafqazın yer qabığının quruluşu”, “Süxurların maqnit xüsusiyyətləri və minerallar”, “Neotektonik mərhələdə Alp-Himalay orogen qurşağı Qafqaz seqmentinin geodinamikası”, “Azərbaycanın Milli Atlası”, “Naxçıvanın ensiklopediyası” və b.