Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Feb 2017
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
2 fevral 2017-ci il
2017-ci il fevral ayının 2 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.
Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “Elastiki mühitlə əhatə olunan boş silindirin daxilinə təsir göstərən hərəkət edən yükün dinamikasının və rəqsinin bəzi problemləri” mövzusunda AMEA-nın müxbir üzvü S.C. Əkbərov və t.e.n. M.Ə. Mehdiyevin təqdim etdikləri məruzənin müzakirə ediləcəyini qeyd etdi.
Məruzə üçün söz AMEA-nın müxbir üzvü S.C. Əkbərova verildi.
Müasir yüksək sürətli metro qatarlarının və yeraltı hərəkət edən digər təkərli nəqliyyat vasitələrinin inkişafı və uğurlu tətbiqi müvafiq dinamik məsələlərin fundamental tədqiqini tələb edir. Bir qayda olaraq, yüksək sürətli qatarların hərəkət etdiyi yeraltı qurğular elastik və ya özlü-elastik mühitlə əhatə olunan sonsuz boş silindir kimi modelləşdirilir. Buna görə də, yuxarıda qeyd olunan dinamik məsələlər elastiki və yaxud özlü-elastiki mühitlə əhatə olunan sonsuz boş silindirin daxili səthinə təsir göstərən hərəkət və ya rəqs edən təzyiq problemi kimi modelləşdirilə bilər. Hərəkət edən yük məsələsinin tədqiqində əsas məsələ bu yükün (altında baş verən rezonans fenomeni) kritik sürətinin müəyyənləşməsi ilə əlaqədar olan məsələdir. İndiyədək ətraf elastik mühit və boş silindirdən ibarət olan bimetallik maddi elastik sistemlərlə bağlı olan bir çox tədqiqatlar var. Buna baxmayaraq, bu tədqiqatlarda yerin rəqsi (məs. ətraf elastik mühit) öyrənilir. Başqa sözlə, hərəkət edən yükün kritik sürətinin və silindirin qalınlıq/radius əmsalı, tərkib hissələrin mexaniki xassələri və sair kimi problem səciyyələrinin bu sürətə təsiri indiyədək yoxdur. Bundan başqa, elastiki mühitlə əhatə olunan boş silindirə təsir göstərən rəqs edən yükün kritik sürəti ilə bağlı olan tədqiqatlar demək olar ki, indiyədək tamamilə yoxdur.
Hazırki iş yuxarıda müzakirə olunan məsələlərin öyrənilməsi, müvafiq dinamik məsələlərin riyazi qoyuluşu, onların həlli, müvafiq ədədi nəticələrin əldə olunması və bu nəticələrin müzakirə olunması ilə bağlıdır. Bu nəticələrə görə, bəzi tövsiyələr texniki tətbiq üçün təklif olunur. Məsələn, əldə edilən ədədi nəticələrə görə hərəkət edən yükün rəqsi zamanı parametrik rezonans meydana gələ bilər və onu hərəkət edən yükün sürəti kimi götürmək olar. Bundan başqa, müəyyən olunmuşdur ki, hərəkət edən yükün rəqsi kritik sürətin qiymətlərini xeyli azalda bilər.
Alınmış nәticәlәrin bir hissәsi SEM: Structural Engineering and Mechanics jurnalında Akbarov S.D., Mehdiyev M.A. "Forced vibration of the elastic system consisting of the hollow circular cylinder and surrounding elastic medium under perfect and imperfect contact", An International Journal, 2017 (has been accepted).məqaləsi çapa qəbul olunmuşdur (SCI-li jurnal, Impact Factor: 1.04).
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com