
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Mar 2017
Diqər xəbərlər
GÖRKƏMLİ GEOLOQ-ALİM VƏ ŞAİR HİKMƏT MAHMUDOVUN BİBLİOQRAFİYASI ÇAP OLUNUB
13 mart 2017-ci il
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, şair Hikmət Mahmudovun biblioqrafiyası işıq üzü görüb. Prezident təqaüdünə layiq görülmüş görkəmli geoloq-alim və şairin 50 illik pedaqoji fəaliyyəti, ədəbi yaradıcılığının 1971-ci ildən indiyəqədərki dövrü kitabda əks olunur. Onun Azərbaycan, türk, rus, ingilis, alman, bolqar, gürcü, fars və digər dillərdə çap olunmuş 100-dən çox elmi əsəri, o cümlədən monoqrafiya və dərs vəsaitləri, elmi məqalələri, 7 ixtirası haqqında məlumatlar biblioqrafiyada geniş yer alır.
Azərbaycan və rus dillərində hazırlanmış 200 səhifəlik biblioqrafiya “Nurlan” nəşriyyatı tərəfindən çap edilib. Səyavuş Məmmədzadənin redaktəsi ilə yazılmış biblioqrafik toplu geoloq, şair və yazıçılar üçün nəzərdə tutulub.
H.Mahmudov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şairin sözlərinə bəstələnmiş mahnılar xalq artistləri – Zeynəb Xanlarova, Faiq Ağayev, Nisə Qasımova, İslam Rzayev, İlhamə Quliyeva, Mirzə Babayev, Məmmədbağır Bağırzadə tərəfindən ifa edilib.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com