
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Apr 2017
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
14 aprel 2017-ci il
Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi. İlk olaraq institutun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Hətəm Quliyev AMEA RH-ni dəstəyi ilə icra olunan “Geomexanikanın fənlərarası problem-lərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” proqramı üzrə 2014-2017-ci illər ərzində əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verdi.
Sonra 2017-2019-cu illəri əhatə edən elmi tədqiqat proqramları çərçivəsində görüləcək işlər müzakirə olundu. “Neft və qaz yataqlarının formalaşması və mənimsənilməsi ilə əlaqədar məhsuldar qatın makro və mikroqeyri-bircinsliliyinin tədqiqi (Cənubi Xəzər hövzəsinin səciyyəvi yataqları timsalında)”, “Kiçik Qafqazın mezozoy maqmatizminin və filizliyinin təkamülündə intruziv komplekslərinin petrogenetik indikator rolu (Azərbaycan)”, “Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi (Daşkəsən rayonunun filiz obyektləri timsalında)” və “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (II hissə: Böyük Qafqazın cənub yamacı ərazisi)” adlı tədqiqat layihələri üzrə nəzərdə tutulan işlər haqqında məlumat verildi.
Həmçinin, 2015-2017-ci illəri əhatə edən elmi tədqiqat işlərinin gedişatı haqqında da çıxışlar dinlənildi. “Geoloji mühitlərin qeyri-xətti deformasiyalarını nəzərə almaqla quyuların qazılması zamanı qərarların qəbul edilmə üsulları”, “Azərbaycanda petrologiya və metallogeniya sahələrində elmi tədqiqatların inkişaf tarixi (II hissə: 1971-1991)” və “Xəzərin dibində istilik seli və istilik mübadiləsi modelləri” mövzularında araşdırmaların icrasına nəzər salındı.
İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşdı.





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com