Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 May 2017 Diqər xəbərlər Diqər xəbərlər

“NAXÇIVAN MUXTAR RESPUBLİKASININ STRATİQRAFİYASI” ADLI MONOQRAFİYA ÇAPA HAZIRLANIR

 
30 may 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) “Naxçıvan Muxtar Respublikasının Stratiqrafiyası” adlı monoqrafiya çapa hazırlanır. Müəllifləri institutun Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, geologiya-mineralogiya elmləri doktoru Aydın Məmmədovdur. Minə yaxın səhifəsi olan topluda Naxçıvan ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bü¬tün sistem və mərtəbələri beynəlxalq stratiqrafik cədvələ uyğun olaraq təsvir edilir, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahid¬lərin təsviri və faunistik səciyyələndirilməsi aparılıb, müxtəlif yaşlı litoloji-stratiqrafik komp¬leks¬lərin dayaq kəsilişləri verilib. Bunlardan əlavə, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapır.

Naxçıvanın stratiqrafiyasını ilk dəfə olaraq Azərbaycan dilində işıqlandıran bu əsər elmi-tədqiqat müəssisələrində və istehsalatda çalışan aidiyyatı mütəxəssislər üçün lazımi məlu¬mat bazasıdır, regionda aparılacaq gələcək tədqiqatlarda geniş istifadə oluna bilər. Kitabdan ali məktəblərin geologiya ilə əlaqəli fakültələrinin bakalavr və magistrantları da dərslik kimi faydalana bilərlər.

Nəşrin sonunda ingilis dilində verilmiş geniş icmal beynəlxalq geoloji ictimaiyyətin Naxçıvan ərazisinin yerli stratiqrafik bölgüsü ilə yaxından tanış olmasına və ətraf regionların stratiqrafik bölgüsü ilə uyğunlaşdırılmasına imkan yaradır.

Monoqrafiyanın yaxın günlərdə GGİ-nin “Nafta-Press” nəşriyyatında çapı nəzərdə tutulur. Kitabın sifarişi üçün əlaqə telefonu: 012 539 44 76.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com