
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
23 Jun 2017
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
23 iyun 2017-ci il
İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirildi. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi.
İlk olaraq GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin əməkdaşı, geologiya üzrə fəlsəfə doktoru Şahvələd Köçərli və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şıxəliyev tərəfindən hazırlanmış “Miosen çöküntülərində neft axtarışları ilə əlaqədar məhsuldar qat və altdakı komplekslər arasında struktur əlaqə haqqında” mövzusunda məruzə dinlənildi. Ş.Körçərli çıxış edərək bildirdi ki, aparılmış tədqiqatlar Azərbaycan neft təsərrüfatının aktual məsələsinə miosen-oliqosen çöküntülərində neft yataqlarının axtarışı probleminə həsr edilib. Çoxsaylı ədəbiyyat və son illərin quyu və seysmik məlumatlarına əsaslanaraq miosen çöküntüləri üzrə perspektivli zonalar ayrılıb, Ceyrankeçməz depressiyasında, Abşeron yarımadasında və müvafiq dəniz akvatoriyalarında əvvəlki illərin şariyaj tektonikası konsepsiyasından fərqli olaraq, əsasən sakit, irsi və ya uyumlu struktur modelin mövcudluğu sübut edilib və bunun gələcək kəşfiyyat işlərində nəzərə alınması tövsiyə olunub.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul edildi.
Sonra elmi-təşkilati məsələlər müzakirə olundu. Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramının yerinə yetirilməsinin gedişatı və “Cənubi Xəzərin sualtı palçıq vulkanlarının qaz-hidratları” mövzusu üzrə magistr dissertasiya işinin müdafiəsi haqqında da çıxışlar dinlənildi.
İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşdı.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com