
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
Abbasov Orxan Rafael oğlu
Veb-sayt |
|
|
Anadan olduğu yer |
Astara, Azərbaycan |
|
Təvəllüdü |
1980 |
|
Bitirdiyi ali təhsil müəssisəsi |
Azərbaycan Dövlət Neft Akademiyası |
|
Elmi dərəcəsi |
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru |
|
Elmi rütbəsi |
|
|
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun ad |
Neft və qaz yataqlarının geologiyası,axtarışı və kəşfiyyatı Qobustanın paleogen-miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluqları |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
45 15 10 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı |
|
|
Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı |
|
|
Əsas elmi nailiyyətləri |
Dünyada alternativ yanacaq-enerji resursları kimi geniş istifadə olunan (45 növ yanacaq, tibbi, tikinti, kənd təsərrüfatı, kosmetik və s. məhsul alınır) yanar şistlərin Azərbaycanda tədqiqi ilə əlaqədar: - İri miqyaslı aerofotomaterialların deşifrəsi və alınan məlumatların regional tədqiqat işləri ilə yoxlanılması nəticəsində məlum olmuşdur ki, Azərbaycanın yanar şist yataq və təzahürləri başlıca olaraq sinklinallarda, muldalarda və qismən antiklinalların qanadlarında yerləşmişlər; - Azərbaycanda yanar şistlərin daha çox inkişaf tapdığı Qobustanın yataq və təzаhürlərinin struktur-tektonik xüsusiyyətləri araşdırılmış və müəyyən edilmişdir ki, məkanca onlar tədqiqat ərazisinin mərkəz hissəsində, paravtoxtonun Bayanata mikrobloku sahəsində yerləşmişlər; - Azərbaycanın yanar şistlərinin ətraflı geokimyəvi tədqiqi ilə onlаrın tərkibindəki üzvi mаddənin (kеrоgеn), kükürdün və külün miqdаrı öyrənilmiş, yanma və piroliz prosesləri təhlil edilmiş və yеni məlumаtlаr аlınmışdır; - Yanar şist təzahürlərinin qеyri-ənənəvi (alternativ) yanacaq-enerji resursları baxımından yeni perspektivli sahələri ayrılmış və eosen-miosen yaşlı təzahür və yataqların proqnoz ehtiyatları hesablanmışdır; - ilk dəfə olaraq 1:1 000 000 miqyasında Azərbaycanın yanar şistlərinin və təbii bitumlarının proqnoz resursları xəritəsi tərtib edilmişdir; - ilk dəfə olaraq palçıq vulkanlarının 6-8 km və daha böyük dərinliklərdən Yer səthinə çıxartdığı eosen-miosen yaşlı yanar şistli və neftli süxurlar geoloji-geokimyəvi tədqiq olunmuş, onların karbohidrogenlərin generasiyası və stratiqrafik dərinlik üzrə paylanması ilə əlaqəli elmi nəticələr əldə edilmişdir; - Azərbaycan üçün qeyri-ənənəvi sayılan “şist qazı”nın istismarı ilə əlaqədar mümkün perspektivli sahələr təklif edilmişdir. |
|
Elmi əsərlərinin adları |
1. Abbasov O.R. Oil Shale of Azerbaijan: Geology, Geochemistry and Probable Reserves. IJRSSET - International Journal of Research Studies in Science, Engineering and Technology, 2015, Volume 2, Issue 10, pp. 31-37. 2. Abbasov O.R. Organic compounds in ejected rocks of mud volcanoes as geological and geochemical indicators of source rock: a study of oil shale in Shamakhi-Gobustan region (Azerbaijan). International Journal of Current Advanced Research, Volume 5, Issue 7, 2016, pp. 1042-1046. 3. Abbasov O.R. Geological and geochemical properties of oil shale in Azerbaijan and petroleum potential of deep-seated Eocene-Miocene deposits. European Journal of Natural History, №2, 2016, pp. 31-40. 4. Abbasov O.R. Distribution regularities of oil shale in Azerbaijan. ISJ Theoretical & Applied Science, Philadelphia, USA, 2016, Volume 35, Issue 3, pp. 165-171. 5. Аббасов О.Р., Мамедова А.Н., Гусейнов А.Р., Балогланов Э.Э.Некоторые новые данные геохимических исследований горючих сланцев Азербайджана. Геология, геофизика и разработка нефтяных и газовых месторождений, Москва, 2. 2013, c. 32-35. 6. Аббасов О.Р., Бабаев Ф.Р., Мамедова А.Н., Гусейнов А.Р. Изучение битумов Азербайджана. Актуальные проблемы гуманитарных и естественных наук, Москва, 2013, №07(54), с. 40-42. 7. Бабаев Ф.Р., Аббасов О.Р. Мамедова А.Н., Гусейнов А.Р. Горючие сланцы и битумы Азербайджана (геохимия и перспективы их использования) Посвящается Памяти профессора, доктора технических наук Геннадия Васильевича. Материалы международного семинара, Ухта, 8-9 февраля 2013, с. 41-45. 8. Abbasov O.R. Геолого-геохимические особенности горючих сланцев Гобустана (Азербайджан) и их прогнозные запасы. Вестник Атырауского Института нефти и газа, Казахстан, 2008, №2 (14), с. 22-29. 9. İbadzadə A.C. Abbasov O.R. Qobustanın yanar şistlərinin geokimyası və piroliz məhsullarının tətbiq sahələri. AMEA Geologiya İnstitutunun əsərləri, Bakı, 2008, № 36, s.58-67. 10. Abbasov O.R. Qobustanın yanar şist yataq və təzahürlərinin proqnoz ehtiyatları. Azərbaycan Neft Təsərrüfatı jurnalı, Bakı, 2010, №5, s. 59-62. 11. Abbasov O.R., Məmmədova A.N. Azərbaycanda yanar şistlərə dair təsəvvürlərin təkamül dövrləri və onların mənimsənilməsinin praktiki əhəmiyyəti. AMEA Xəbərlər, yer elmləri, Bakı, 2012, №3, s. 12-16. 12. Matthieu Dupuis, Francis Odonne, Patrice Imbert, Orxan Abbasov, Teymur Figarov, Anthony Dofal, Bruno Vendeville. The Ayaz-Akhtarma mud volcano: an actively growing mud pie in the foothills of the Greater Caucasus, Azerbaijan. 13th International Conference on Gas in Marine Sediments, Tromsø, Norway, 2016, 19-22 September. 13. Балогланов Э.Э., Аббасов О.Р., Ахундов Р.В. Газогидрохимические показатели связи грязевого вулканизма с сейсмичностью. XXIII Международная научная конференция студентов, аспирантов и молодых учёных «Ломоносов-2016», Москва, 11-15 апрель, 2016. 14. Аббасов О.Р., Ибадзаде А.Д., Хасаева А.Б., Гусейнов А.Р., Ахундов Р.В., Балогланов Э.Э. Углеводородный потенциал глубокопогруженных отложений Гобустана (Азербайджан) (на основе горючих сланцев и нефтеносных пород, выбросов грязевых вулканов). XIV международная конференция «Ресурсовоспро-изводящие, мало-отходные и природоохранные технологии освоения недр», Москва, 2015, с. 342-343. 15. Əliyev Ad.A., Əliyev Ç.S., Feyzullayev Ə.Ə., Hüseynov D.A., İsayeva M.İ., Qədirov F.Ə., Quliyev İ.S.,Lətifova Y.N., Muxtarov A.Ş., Novruzov N.Ə., O.R. Abbasov. “Azərbaycanın geologiyası”, II cild (monoqrafiya). “Elm”, 2015, 341 s. 16. Əliyev Ad.A., Bayramov Ə.Ə., Abbasov O.R., Məmmədova A.N. Azərbaycanın yanar şist və təbii bitum ehtiyatları xəritəsi. Azərbaycan Respublikasının Milli Atlası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 2014, s. 101. |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvü AMEA-nın “Gənc tədqiqatçı” elmi-praktiki jurnalının Redaksiya heyətinin üzvü İnstitutda fəaliyyət göstərən Elmi Şuranın və “Neft və qaz geologiyası və geokimyası” seksiyasının üzvü |
|
Pedaqoji fəaliyyəti |
|
|
Digər fəaliyyəti |
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri AMEA-nın GAMŞ-nın sədrinin baş müşaviri |
|
Təltif və mükafatları |
1. Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə AMEA-nın gənc alimləri arasında keçirilmiş elmi-tədqiqat müsabiqəsi (2015-ci il) 2. Uzunmüddətli məhsuldar elmi-ictimai fəaliyyətinə görə AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri Fərmanı 3. SOCAR-ın Elm Fondunun 2013-cü ildə və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə keçirdiyi elmi-tədqiqat layıhələri ilə bağlı qrant müsabiqələrinin qalibi |
|
Əsas iş yeri və ünvanı |
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu, H. Cavid pr., 119 |
|
Vəzifəsi |
Aparıcı elmi işçi |
|
Xidməti tel. |
(+994 12) 5100141 |
|
Mobil tel. |
(+994 51) 7609090 (+994 55) 7609090 (+994 70) 7609090 |
|
Elektron poçtu |